Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Miskinli kənd sakinləri ilə növbəti səyyar qəbul keçirmişdir. Sakinlərin qaldırdığı suallar yerində operativ cavablandırılmış, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Daha ətraflıAzərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən keçirilən silsilə tədbirlərin davamı olaraq Gədəbəy rayonunda dəyirmi masa keçirilmişdir.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən keçirilən silsilə tədbirlərin davamı olaraq Gədəbəy rayonunda Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun, Gədəbəy, Şəmkir, Daşkəsən, Samux rayon və Gəncə şəhər Ağsaqqallar Şuralarının sədrlərinin, şəhid ailələrinin və Vətən müharibəsi …
Daha ətraflıRayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti vətəndaş qəbulu keçirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti vətəndaş qəbulu keçirmişdir. Qəbul zamanı müraciətlər əsaslandırılmış şəkildə cavablandırılmış, araşdırılması tələb olunan məsələlərlə bağlı isə aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Daha ətraflıAzərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir
Xarici siyasətində ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu sahələrdə qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Ölkəmiz bu və ya digər sahələrlə bağlı beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir, yaxud digər ölkələrdə keçirilən belə tədbirlərə qatılır. Bütün hallarda bu, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan …
Daha ətraflıİkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi
Xalqımız 200 ildən də çoxdur ki, bu Qələbənin həsrətində idi. Nəhayət, zaman gəldi, qadir dövlət başçısı, nəyi, nə vaxt, harada edəcəyini dəqiq bilən ağıllı və tədbirli sərkərdə yetişdi, güclü ordumuz formalaşdı, xalqımız heç vaxt olmadığı kimi birləşdi. Bunların nəticəsində 3 il əvvəl Azərbaycan Ordusu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham …
Daha ətraflıÖlkənin konstitusiya quruluşunun tarixində önəmli fakt
Bu gün Azərbaycan Respublikasının əsas qanununun – Konstitusiyanın qəbul edildiyi gündür. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib və Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il …
Daha ətraflıGədəbəy rayonunda “Zəfər Günü” qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi 44 gün davam etmiş və noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin işğaldan azad olunması ilə yekunlaşmışdır. Azərbaycanın mədəniyyət paytaxtının azad olunduğu 8 noyabr …
Daha ətraflıGədəbəydə növbəti səyyar qəbul keçirilib
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Ərtəpə kənd sakinləri ilə növbəti səyyar qəbul keçirmişdir. Sakinlərin qaldırdığı suallar yerində operativ cavablandırılmış, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Daha ətraflı10 noyabr tarixli Üçtərəfli Bəyanatla Azərbaycan Qələbəsini rəsmiləşdirdi
Müstəqil Azərbaycan dövləti 30 il idi ki, öz qonşusu olan Ermənistanın işğalçılıq siyasətinin qurbanı idi. Ərazisinin 20 faizi işğal altında olan ölkəmiz bütün bu illər ərzində saysız hesabsız təxribatlara məruz qalmışdı. Günü-gündən azğınlaşan erməni hərbi birləşmələri hər gün atəşkəsi pozurdu. Hər zaman cinayətkar dəstə rəhbərləri olmuş Ermənistan hakimiyyətinin rəhbərləri Qarabağ …
Daha ətraflıAzərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsinin 2021-ci il iyunun 15-də imzalanması
Türkiyə və Azərbaycan arasında münasibətlərin rəsmi şəkildə strateji müttəfiqlik səviyyəsinə qaldırılmasını nəzərdə tutan Şuşa Bəyannaməsi həriki qardaş ölkənin təhlükəsizliyi üçün çox önəmli bir sənəddir. Bəyannamədə Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin, Naxçıvan-Qars dəmir yolunun açılması da nəzərdə tutulur. Təbii ki, Azərbaycanla Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması ilə bağlı əks olunan …
Daha ətraflı