10 noyabr tarixli Üçtərəfli Bəyanatla Azərbaycan Qələbəsini rəsmiləşdirdi

Müstəqil Azərbaycan dövləti 30 il idi ki, öz qonşusu olan Ermənistanın işğalçılıq siyasətinin qurbanı idi. Ərazisinin 20 faizi işğal altında olan ölkəmiz bütün bu illər ərzində saysız hesabsız təxribatlara məruz qalmışdı. Günü-gündən azğınlaşan erməni hərbi birləşmələri hər gün atəşkəsi pozurdu. Hər zaman cinayətkar dəstə rəhbərləri olmuş  Ermənistan hakimiyyətinin rəhbərləri Qarabağ münaqişəsi ilə bağlı danışıqlar masasında Azəbaycanın bir balaca irəlləyişə nail olduğunu görəndə isə dərhal danışları pozmaqla bu işğalçılıq niyyətlərini uzadırdılar.  Dünyada özlərini haqq, ədalətin elçiləri kimi göstərməyə çalışan beynəlxalq təşkilatlar isə hər zaman ölkəmizə qarşı ikili standartlarla yanaşaraq bu işğalçılığa dəstək olumaqla məşğul idilər. Bütün bu hadisələrin fonunda hər zaman terrorçuluq və qonşu ölkələrə qarşı ərazi iddiları ilə işğalçılıq siyasəti həyata keçirən Ermənistan rəhbərliyi nəinki hər hansısa əraziləri qaytamağı düşünür, əksinə yeni əraziləri işğal etmək arzusunu belə gizlətməkdən çəkinmirdi.

Amma  2020-ci il sentyabr ayının 27-də ölkəmizə qarşı törədilən  növbəti təxribata qarşı əks hücumla başlanan Vətən müharibəsi  Ermənsitanın bu işğalçılıq siyasətinə böyük zərbə vurdu. Bu müharibə Ermənistan və onun havadarları üçün gözlənilməz oldu. Azərbaycan Silahlı Qüvvələrinin  Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti ordumuzun peşəkarlığı və xalqımızın birliyi sayəsində 44 günlük bu müharibədə hər gün yeni uğurlar əldə edilirdi. İşğal altında olan rayonlarımız kəndbəkənd alınırdı. Müzəffər Ordumuzun qarşısında tab gətirə bilməyəcəyinin anlayan Ermənistan dövləti noyabr ayının 10-da üçtərəfli bəyanata imza atmaqla təslim oldu. Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi.

Bu bəyanatın fonunda  bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayır, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyir, uğurlara sevinirdi. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Həmrəylik bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.

Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlanıb. Ali Baş Komandan cənab İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.

Münaqişə artıq başa çatıb, torpaqlarımız işğ aldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı.

Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb. Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərmişdir. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır.