INFO

Novruz Bayramının xüsusi özəlliyi ondan ibarətdir ki,bu il bayram Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində xüsusi təntənə ilə qeyd olunur

Azərbaycanın elə bir regionu yoxdur ki, orada Novruz bayramı təntənə ilə qarşılanmasın. Martın 20-dən 21-nə keçən gecə gündüz ilə gecə bərabərləşir. Ana torpağa nəfəs gəlir, yerin donu açılır, ağaclar bahar suyu içir, təbiət qış yuxusundan oyanır, hər şey cana gəlir. Yurdumuza, elimizə, obamıza yaz gəlir. İnsanlar böyük təntənə ilə Novruzu …

Daha ətraflı

Növbəti səyyar görüş Çaldaş kəndində keçirilib

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Çaldaş kənd sakinləri ilə növbəti səyyar qəbul keçirmişdir. Sakinlərin qaldırdığı suallar yerində operativ cavablandırılmış, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Daha ətraflı

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov 17.03.2023-cü il tarixdə Rayon Mərkəzi Xəstəxanasında olmuş, həkim və tibbi personalla görüşmüş, onları narahat edən məsələlərlə maraqlanmış və təkliflərini dinləmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov 17.03.2023-cü il tarixdə Rayon Mərkəzi Xəstəxanasında olmuş, həkim və tibbi personalla görüşmüş, onları narahat edən məsələlərlə maraqlanmış və təkliflərini dinləmişdir. RİH başçısı iş prosesinin hansı formada təşkil edilməsini yoxlamış, həmin vaxt xəstəxanaya müraciət etmiş vətəndaşlarla söhbət aparmışdır. Rayon rəhbəri kollektivdə yüksək əhval-ruhiyyənin qorunub saxlanılması …

Daha ətraflı

Azərbaycan və Türkiyə həm sevincli,həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq

Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu dərin köklərə əsaslanır və illər keçdikcə atılan addımların fonunda daha da möhkəmlənir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bir daha bu qardaşlığın aydın mənzərəsini təqdim etdi. Nəzərə alsaq ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu, …

Daha ətraflı

Rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə Heydər Əliyev Parkında Novruz bayramı tədbiri qeyd edilmiş, milli adət-ənənələrimizi özündə ehtiva edən sərgi nümayiş etdirilmişdir.

Rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə Heydər Əliyev Parkında Novruz bayramı tədbiri qeyd edilmiş, milli adət-ənənələrimizi özündə ehtiva edən sərgi nümayiş etdirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Novruz bayramı münasibətilə rayon sakinlərini səmimi qəlbdən təbrik etmiş, xoş arzularını çatdırmışdır. RİH başçısı öz çıxışında Novruz bayramının xalqımızın tarixi, milli-mənəvi dəyərlərində böyük …

Daha ətraflı

Azərbaycan xalqı ali hədəfinə çatmışdır

Qədim tarixi olan, hələ islamdan əvvəlki dövrə təsadüf edən Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə geniş qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. Azərbaycan xalqının ümummilli …

Daha ətraflı

“Böyük Qayıdış”adlanan dövlət proqramına artıq start verilib

Almaniya iqtisadi inkişaf baxımından Avropa məkanında aparıcı rol oynayır. Hazırkı səfər Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edəcək. Siyasi, iqtisadi, mədəni, humanitar istiqamətlərdə yeni əməkdaşlıq platformaların yaranma ehtimalı yüksəkdir. Digər tərəfdən nəqliyyat və enerji sahəsində bu gün Azərbaycanın qlobal təşəbbüsləri göz önündədir. Bura həm Cənub Qaz Dəhlizi, eləcə də …

Daha ətraflı

Vətəndaşların növbəti səyyar qəbulu Çalburun kəndində keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Çalburun kənd sakinləri ilə növbəti səyyar qəbul keçirmişdir. Sakinlərin qaldırdığı suallar yerində operativ cavablandırılmış, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Daha ətraflı

Torpaq çərşənbəsi

Xalqımızın ən qədim və milli bayramı olan Novruza qədər dörd çərşənbə – “Su çərşənbəsi”, “Od çərşənbəsi”, “Yel çərşənbəsi” və “Torpaq çərşənbəsi”nin hər biri xüsusi mərasimlərlə qeyd edilir. Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır və ritual-mifoloji semantikasında yaradılış prosesini dinamik olaraq işarələyir. Sonuncu çərşənbə olan Torpaq …

Daha ətraflı

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun qabaqcıl məktəblərindən olan Zəhmətkənd kənd tam orta məktəbində müəllim kollektivi və şagirdlərlə görüş keçirmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun qabaqcıl məktəblərindən olan Zəhmətkənd kənd tam orta məktəbində müəllim kollektivi və şagirdlərlə görüş keçirmişdir. Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunmuş ədəbi-bədii kompozisiyanın hazırlanmasında fəal iştirak etmiş şagirdləri və məktəbin rəhbərliyini Fəxri fərmanla təltif etmişdir. RİH başçısı qarşıdan gələn Novruz bayramı münasibətilə kollektivi …

Daha ətraflı