Vətəndaşların növbəti səyyar qəbulu Çalburun kəndində keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Çalburun kənd sakinləri ilə növbəti səyyar qəbul keçirmişdir.
Sakinlərin qaldırdığı suallar yerində operativ cavablandırılmış, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilmişdir.