“20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu”

19 yanvar 2023-cü il tarixdə Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin dəyirmi masa zalında “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, YAP Gədəbəy rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Tədbirdə RİH başçısının birinci müavini Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Zülfiqar İsgəndərov, Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov mövzu ilə bağlı çıxış etmişlər.