“Qızların təhsil almasının önəmi”

10 mart 2023-cü il tarixdə Gədəbəy Şəhər 1 saylı tam orta məktəbində Gədəbəy RİH -nin və DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Qızların təhsil almasının önəmi” mövzusunda tədbir baş tutub.Qeyd olunan tədbirə Gədəbəy RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Qədir Bağırov,DQİDK -nın Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Cavid Səfərov,Rayon Gənclər və İdman İdarəsinin rəsi müavini Röyal İsmayılov,Rayon Təhsil sektorunun aparıcı məsləhətçisi Şahzadə Qəhrəmanlı,Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Kəramət Əsədov,müəllimlər və gənclər qatılıblar.

Çıxışlarda maarifləndirmənin və təhsilin ömənmindən bəhs olunub.Dini radikalizmə və zəzərli vərdişlərə qarşı mübarizə tədbirlərindən danışılıb.

Mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.