“Heydər Əliyev İli” çərçivəsində Gədəbəy şəhərində Heydər Əliyev parkında geniş iməclik keçirilmişdir.

“Heydər Əliyev İli” çərçivəsində Gədəbəy şəhərində Heydər Əliyev parkında geniş iməclik keçirilmişdir. Ağaclar budanmış, sakinlərin istirahəti üçün nəzərdə tutulmuş söhbətgahlar və oturacaqlar təmizlənmiş, ərazi yuyulmuş, yararsız hala düşmüş işıqlar bərpa edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov iməclikdə iştirak etmiş, ərazinin təmizliyi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Əziz sakinlərimiz və rayonumuzun qonaqları ətraf mühitin qorunmasında bizə dəstək olmağınızı xahiş edirik.