“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Gədəbəydə icra olunub

 Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, cənab Prezident İlham Əliyevin kəndlərdə idmanın inkişafına dəstək göstərilməsi barədə verilmiş tapşırıqlarına uyğun olaraq Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Futbol Ferderasiyaları Assosiasiyasının, Uşaq Gənclər Futbol Federasiyasının və Yelo Bank-ın birgə təşkilatçılığı ilə 09 mart 2023-cü il tarixində 60-a yaxın şagird arasında “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi icra edilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatları Rauf Əliyev və Arzu Nağıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri iştirak etmişdir.
RİH başçısı ölkəmizdə idmanın inkişafı üçün təməlin məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulması, bu işin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və Azərbaycanın dünyada idman ölkəsinə çevirilməsi barədə danışmışdır.
Şagirdlərə idman geyimləri və futbol topları hədiyyə edilmiş, Azərbaycan Futbol Ferderasiyaları Assosiasiyasının vitse-prezidenti Rauf Əliyev təşkilat tərəfindən idmanın bu növünə marağı olan gənclərə daim dəstək göstəriləcəyini vurğulamışdır.
Tədbirin yekununda gənclərlə xatirə şəkli çəkdirilmişdir.