Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Nərimankənd kəndində keçirilmişdir

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Nərimankənd kənd sakinləri ilə növbəti səyyar qəbul keçirmişdir.
Sakinlərin qaldırdığı suallar yerində operativ cavablandırılmış, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilmişdir.