Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 31–ci ildönümü münasibətilə sərgi təşkil edilmiş və anım tədbiri keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 31–ci ildönümünə həsr olunmuş Gədəbəy şəhər Uşaq-İncəsənət Məktəbinin və Gədəbəy Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi təşkil edilmiş və anım tədbiri keçirilmişdir.
Tədbirin açılışında Xocalı soyqırımı qurbanlarının, şəhidlərimizin və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ümummilli lider Heydər Əliyevin sayəsində XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqrımına ilk hüquqi-siyasi qiymət verilmiş, bu soyqırımı bütün bəşəriyyətə qarşı tarixi cinayət kimi dünyaya tanıtmışdır. Ulu öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü ilin fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. Bu haqda öz fikirini Ulu öndər belə ifadə etmişdir: “1994-cü il 26 fevral ərəfəsində mən Milli Məclisə təklif verdim. Milli Məclis qərar qəbul etdi və Xocalı soyqırımı Xocalı faciəsi günü elan olundu. Bu gün bizim təqvimimizdə matəm günüdür, hüzn günüdür. Bunu biz qanunla qəbul etdik”.
Ulu öndər Heydər Əliyev tərəfindən 25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Fərman imzalamışdır. Onun tapşırığı ilə Xocalı faciəsinin Beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi tanınması üçün əməli tədbirlər həyata keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin komandanlığı ilə Azərbaycan ordusu 44 gün davam edən 2-ci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək öz tarixi torpaqlarımızı işğaldan azad etdi və Xocalı qurbanlarının qisasını döyüş meydanında aldı.
Tədbirdə Xocalı soyqırımına həsr edilmiş qısametrajlı filmə baxılmış, daha sonra Zəhmətkənd kənd tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Tədbirin yekununda RİH başçısı Orxan Mürsəlov Zəhmətkənd kənd tam orta məktəbin şagirdləri ilə şəxsən görüşərək hazırladıqları ədəbi-bədii kompozisiyaya görə minnətdarlığını bildirmiş, öz tövsiyələrini vermiş və onların təltif edilməsi ilə bağlı müvafiq göstəriş vermişdir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 31–ci ildönümü münasibətilə sərgi təşkil edilmiş və anım tədbiri keçirilmişdir.