Gədəbəy rayonunda “Qarabağı Tanıt!” layihəsi yekunlaşıb.

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Gədəbəy rayon İcra Hakimiyyətinin tərəfdaşlığı və Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Qarabağı Tanıt!” layihəsi çərçivəsində rəsm sərgisi həyata keçirilib.

Layihədə bir sıra dövlət qurumlarının rəhbərləri və əməkdaşları, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı iştirak edib gənclərə aktiv fəaliyyətlərinə, göstərdikləri təşəbbüsə görə təşəkkürlərini bildiriblər.

Layihənin məqsədi istedadlı gənclərin üzə çıxarılması və onları bu yolda həvəsləndirməkdir. Eyni zamanda sərgi gənclərə vətənpərvərlik hisslərinin aşılanması və milli dövlətçilik ruhunun təbliği, həmçinin Gədəbəy rayon sakinlərində Qarabağa, onun mədəniyyətinə, tarixinə, milli dövlətçiliyə olan fikirlərin dərindən formalaşdırılması üçün xüsusi əhəmiyyət daşıyıb.

Gədəbəy rayonunda 27, 28, 29, 30 yanvar tarixlərində Gədəbəy şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gədəbəy şəhər Uşaq-İncəsənət Məktəbi və bir sıra digər məktəblərin 20 nəfər gənci öz rəsmlərini Gədəbəy rayon sakinlərinə nümayiş etdiriblər.