Şəhidlik zirvəsinə ucaldı

“Torpaq,əgər uğrunda ölən varsa,vətəndir.”Vaxtıilə Ulu babalarımızın dediyi hikmətli sözlərin arxasında ən müqəddəs,ülvi hisslər,duyğular dayanıb.Bu ülvi hissləri,dəyərləndirən,saflaşdıran,şərəfli edən,ölməzlik zirvəsində,fövqündə dayanan Vətən sevgisi,torpaq müqəddəsliyidir.Ta qədimdən igid ərənlərimiz”Ölərəm,bir qarış torpağımdan keçmərəm”-deyərək torpaq uğrunda,onun bölünməzliyi naminə qanlı döyüşlərə,savaşlara atılaraq,torpaq sevgisini,torpaq müqəddəsliyini hər şeydən uca tutmuşlar.Zaman-zaman əsrlərin daş yaddaşından bu günümüzə süzülüb gələn bu müqəddəs sevgi,istək bu gün də hər bir insanın həyatında həqiqətə çevrilib.Bu gün igid Cavanşirin,Babəkin,Qoç Koroğlunun,Qaçaq Nəbinin şərəfli həyat yolunda davam etdirən igid aslanlarımız yaşayır Azərbaycanımızda.Tarixin yaddaşına ikinci Qarabağ müharibəsində qəlbi Vətən eşqi,torpaq sevgisi ilə döyünən Azərbaycan oğulları bir daha bütün yer kürəsinə sübut etdilər ki,onlar üçün bir yeganə amal,istək var:Öncə Vətən,öncə torpaq…

Vətən qeyrətini hər şeydən uca tutan,son nəfəsində torpağı qucaqlayıb”Təki Vətən yaşasın!Deyərək Vətən yolunda ən yüksək zirvəyə,şəhidlik zirvəsinə ucaldı. İgid,mərd oğullarımızdan biri də Novruz Cumalı oğlu Həsənovdur.Qısa,lakin çox mənalı,şərəfli,nəsillərə nümunə,örnək olan,heç zaman xatirələrdən silinməyən bir ömür yaşadı Novruz.1996-cı ildə Gədəbəy şəhərində dünyaya göz açan Novruz ilk dəfə başı üstündə anasını görüb.Anasının ilk nəfəsinə,işıqlı baxışlarına,şirin laylalarına qızınaraq böyüyüb,boya-başa çatıb.Ailənin torpağa məhəbbəti,alın zəhmətə,əməyə vurğunluğu Novruzun əsl vətənpərvər bir övlad kimi böyüməsində böyük rol oynayıb.Alın təri ilə, namusla,zəhmətlə qazanılan çörəyin müqəddəsliyi,şirinliyi,qabarlı əllərin istisi,hərarəti damla-damla,qətrə-qətrə damarlarına hopub.Bu ülvi hisslər,müqəddəs duyğularla əlinə çanta götürüb orta məktəbə yolanıb.

Novruz hələ Azərbaycanın Milli Qəhrəmanı İ.Əliyev adına Gədəbəy Şəhər 1 saylı tam orta məktəbdə oxuyarkən,öz xarakterinə,tərbiyəsinə,möhkəm iradəsinə,mətinliyinə,sözünün bütövlüyünə görə yoldaşlarından fərqlənirdi.İdmana xüsusi maraq göstərirdi,cüdo ilə məşğul olduğundan idmanın bu növünə həsr edilən yarışlarda həmişə fərqlənir,qalib kimi medal və diplomlara layiq görülürdü.Heç vaxt haqqı nahaqqa qurban verməzdi.Anaya hörmət,torpağa  sevgi,Vətənə məhəbbət kiçik qəlbinə hakim kəsilmişdir.Həmişə söz düşəndə böyük fəxrlə”Vətəni sevməyən insan olmaz,olsada o, şəxisdə vicdan olmaz”.-deyərək qurur hissi keçirər,öyünərdi.Novruz həmin tam orta məktəbi bitirdikdən sonra bakı şəhərində Maliyyə-kredit Texnikomuna qəbul olub, hərbi xidmətə çağrıldığından təsilini yarımçıq qoyaraq ordu sıralarına gedib.Mingəçevirdə N-saylı hərbi hissəsində xidmətini yerinə yetirib.Təhsilini davam etdirərək texnikomuda bitirib.Lakin cəhbədən gələn acı xəbərlər Novruza rahatlıq vermirdi.Torpaqların harayı,Anaların göz yaşı,körpələrin acı taleyi onu qısaca intiqama səsləyirdi. Vətənpərvər,Yurda sədaqətli,bir oğul torpaq uğrunda gedən savaşdan kənərda qala bilməzdi.”Elin mərdi olsa dərdi olmaz”deyərək silaha sarılaraq öz istəyi ilə mənfur Ermənistanın sentiyabırın 27-sində münaqişə zonasında törətdiyi hərbi təxribata qarşı Azərbaycanın Rəşadətli ordusunun əkis-hücumu əməliyyatında iştirak etməyi özünə boruç bilərək iki,gün sonra cəbəyə yolanıb Murovdağın,Füzulinin kəndlərinin düşməndən təmizlənməsi uğrunda döyüşlərdə fəal iştirak etməklə,Qarabağın tacı olan Şuşaya qədər gedib çıxıb.Şuşada əlbəyaxa döyüşlərdə ayağından yaralansada bunu heçkimə bildirmədən vuruşmağa davam edib.Deyilənə görə əlbəyaxa döyüşlərdə Novruz 6 erməni dığasını məhv edib.Özü isə,aldığı ağır zərbədən şəhid olub,böyük zirvələrə yüksəldi.Şəhid adını,Şəhid andını doğrultdu ölmündən sonra Novruz.Novruz Hüseyinov xidməti borcunu yerinə yetirərkən,xüsusi igidlik və şücaət göstərdiyinə görə 09.11.2020 ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlar zamanı şəhid olub.Azərbaycan Respubilkası Prezidenti İlham Əliyevin Sərəncamı ilə”Vətən ugrunda”,”Hərbi xidmətlərə görə” və”Şuşanın azad olunmasına görə”medalı,ölmündən sonra ən yüksək fəxri Şəhid adına layiq görülüb.Noyabrın 14-də boya başa çatdığı doğma torpaq igid oğlu Novruzu qoynuna alıb,Şəhidlər xiyabanında dəfin olundu.Bu gün Novruzun mərdliyi,hünəri yadaşlara köçərək,onu tanyanların qəlbində silinməz bir xatirəyə dönüb.