Mehriban Əliyeva akademik Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib.

“Böyük ürək sahibi, nurlu, mehriban İnsan! Ad günün mübarək! Sənə möhkəm cansağlığı, gümrahlıq və gözəl əhval-ruhiyyə arzulayıram! Sən gözəl ata və qayğıkeş babasan! Sənə sevgimiz sonsuzdur! Ömrün uzun olsun! Uca Allah bütün valideynləri qorusun!”.