Gədəbəydə səyyar qəbullar davam edir

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Kiçik Qaramurad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Kiçik Qaramurad və Leşkər kənd sakinləri ilə növbəti səyyar qəbul keçirmişdir.
Sakinlərin sualları cavablandırılmış, onları narahat edən bəzi məsələlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıq verilmişdir.