Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir

Bu gün qardaş Türkiyəyə səmimi dəstək üçün bütün Azərbaycan xalqı səfərbərdir.O cümlədən Gədəbəy rayonunun Vətənpərvər insanları da bu məqsədlə səfərbər olmuşdur.Gədəbəy Rayon İcra Hakimiyyətinin,YAP Gədəbəy rayon təşkilatının,Gənclər təşkilatlarının,QHT nümayəndələrinin təşkilatçılığı ilə böyükdən kiçiyə,rəhbərlərdən tutmuş sadə vətəndaşlaradək hamı qardaş ölkə üçün lazım olan qida və zəruri tələbat mallarını toplayaraq göndərilməsini təmin edir.

Bəli bu gün iki qardaş ölkə olaraq qürur anlarımızın fəxrini də hüznlü günlərimizin acısını da birgə yaşayırıq.Prezident İlham Əliyevin ifadə etdiyi kimi,Türkiyə-Azərbaycan artıq bir yumruqdur,bir ürəkdir,bir candır.Bu ağır günlərdə Türkiyənin yanında olmaq  bizim üçün böyük şərəfdir və Azərbaycan-Türkiyə həmrəyliyi,dostluğu,qardaşlığı əbədidir,sarsılmazdır.