Şəhidlər unudulmur

Müzəffər Ali Baş Komandanın”İrəli!”Əmrini layiqincə yerinə yetirərək qəhrəmanlıq dastanı yazan və Şəhidlik adı uca zirvəyə yüksələn oğullarımızdan biri də Həsənov Etibar Ələddin oğludur.

07.02.2023-cü il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Qarıkənd kənd sakini Həsənov Etibar Ələddin oğlunun ad günü münasibətilə YAP Gədəbəy rayon təşkilatının sədri,Gədəbəy rayon RİH Başçısı aparatının məsul işçiləri,Gədəbəy şəhər Cümə məscidinin imanı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu,ruhuna dualar oxundu,əziz xatirəsi böyük ehtiramla yad edildi.Şəhid atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan,Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir,onları dərin ehtiramla anır,ruhları qarşısında baş əyirik!