2023-cü il-“Heydər Əliyev İli”dir!

ÜMUMMİLLİ LİDER VƏ ZAMANIN PARTİYASI

Bütün dünya siyasətinin formalaşmasında Azərbaycan Respublikasının ictimai-siyasi həyatında misilsiz xidmətləri olan mərhum prezidentimiz,ümummilli lider Heydər Əliyevin ictimai-siyasi irsi çox zəngindir.

Onun sarsılmaz gücü,polad iradəsi,təkrarolunmaz siyasəti,uzaqgörənliyi,zəngin dünyagörüşü hesabına başa gələn irəliləməkdədir.Heydər Əliyev siyasətinin şah əsəri sayılan Odlar yurdu Azərbaycan hal-hazırda dünya dövlətləri sırasındadır.Ömrünün çox hissəsini xalqının taleyinə bağlayan,gecə-gündüz müstəqil Azərbaycan üçün çalışan,dövlətçiliyimizin möhkəmlənməsi uğrunda yorulmadan işgüzar səfərlər edib,müqavilələr imzalayan,dövlətlərarası,beynəlxalq münasibətlərin inkişafını təmin edən ümummilli liderin həyat və yaradıcılığı daim öyrənilr və tarix boyu öyrəniləcək.

Heydər Əliyevin nadir şəxsiyyət,müdrik siyasətçi,əvəzolunmaz bir insan olduğunu dünyanın bir çox tanınmış dövlət xadimləri də dəfələrlə qeyd etmişlər.Onun idarəçilik,təşkilatçılıq və diplomatik məharəti bunu deməyə əsas verir ki,yaratdığı,qurduğu dövlət müstəqillik yollarında İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir.Məhz Heydər Əliyevin sayəsində Azərbaycan Respublikası müstəqil,suveren,dünyəvi,hüquqi və demokratik dövlətdir. İndi Respublikamızın başında İlham Əliyev kimi prezidentimiz var. Əyilməyən bayrağımız,gerbimiz,himnimiz,əsaslı Konstitusiyamız var.Dövlət atributlarımızın bizim üçün ən müqəddəs simvol olduğunu hər bir azərbaycanlı dərk etməlidir.

Bu gün  ümummilli liderimizin ideya və amalları bizi daha güclü və daha qüdrətli Azərbaycana doğru aparır.Ölkədə sabitlik dönməz xarakterdədir,vətəndaşların hüquq və azadlıqları hər sahədə qanunla qorunur.

Avropa standartlarına cavab verən qanunlar qəbul edilib.Azərbaycanın beynəlxalq əlaqələri möhkəmlənib.Sivil ölkələr arasında  yerimiz sabitləşir.Dünya ölkələri Azərbaycanla hesablaşırlar.İnsana qayğı,yaşlı nəslə ehtiram göstərirlər,irili-xırdalı sosial problemlərə diqqət artırılır.Dövlətimizin ən ümdə vəzifələrindən biri də gənc nəslin inkişafı,təlim-tərbiyəsidir.Eyni zamanda elmin,mədəniyyətin,təhsilin,səhiyyənin inkişafı da günün ən vacib məsələlərindən biridir.

Bundan başqa qeyd etmək istərdim ki,ümummilli lidermizin bizə miras qoyub getdiyi zənginliklərdən biri də Yeni Azərbaycan Partiyasıdır.Bu partiya ölkədə bir-birini əvəz edən ziddiyyətli proseslərdən düzgün nəticə çıxarmaq üçün,bütöv bir xalqı bir şəxsiyyətin ətrafında birləşdirmək üçün yaranmışdır.

Müstəqil Azərbaycanın müasir və gələcək tarixində,eləcə də xalqımızın taleyində əsas xətt kimi formalaşan Yeni Azərbaycan Partiyası yaradıldı.Partiyanın rəhbəri isə ömrünü-gününü xalqına,millətinə həsr edən,bütün varlığını,fəaliyyətini xalqa bağlayan böyük siyasi və dövlət xadimi Heydər Əliyev təyin edildi.

Yeni Azərbaycan Partiyasının 1-ci qurultayında ümummilli lider,partiyanın sədri Heydər Əliyevin dediklərindən:”Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında ən güclü,ən böyük intellektual səviyyəyə,ən böyük hörmətə malik olan siyasi partiyadır.Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır,Azərbaycanın sabahının partiyasıdır,XXI əsrin partiyasıdır,üçüncü minilliyin partiyasıdır.Yeni Azərbaycan Partiyası qurultayının bu qədər məzmunlu,mənalı,müstəşəkkil və nikbin əhval-ruhiyyədə keçməsi partiyanın cəmiyyətdə hörmətini daha da yüksəklərə qaldıracaqdır.Yeni Azərbaycan Partiyası ətrafında Azərbaycanın daha da çox vətəndaşlarını toplayacaqdır”.

Doğrudan da bu günədək respublikamızın müxtəlif iqtisadiyyat sahələrində,bir sıra sənaye mərkəzləri,ali məktəbləri və digər elm ocaqları,müəssisə və təşkilatlarda YAP-ın üzvləri çalışır.Günü-gündən bu partiyanın sıraları artır və güclənir.Respublika gənclərinin,eyni zamanda gənc nəslin inkişafında bu partiyanın rolu çox böyükdür.Tam qətiyyətlə deyə bilərəm ki,Azərbaycan xalqının adını başda İlham Əliyev olmaqla,YAP və onu təmsil edən böyük bir qüvvə daim yüksəklərə qaldıracaq və azərbaycanlı olmaqdan qürur duyacaqlar.