20 Yanvar Şəhidləri böyuk ehtiramla yad edilib

Gədəbəy rayonunda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov,hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, rayon sakinləri Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin müqəddəs xatirəsi dərin ehtiramla yad olunub.

Saat 12:00-da onların əziz xatirəsi bir dəqiqəlik sūkutla yad olunub və avtomobillərdən səs siqnalları verilib.