“Siyasi partiyalar haqqında” yeni Qanunun diqqət çəkən məqamları

Siyasi partiyanın qurulma proqramı ideoloji fəaliyyəti qanunlar əsasında tənzimlənir. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində siyasi partiyaların iştirakı Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir. Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir.  Dövlət siyasi partiyaların Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, onların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Dövlət bu Qanunun 25-ci maddəsi ilə müəyyən edilmiş qaydada dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi,terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği bir mənalı olaraq yol verilməzdir. Yeni alınmış qərarda, buna sübut  olaraq tam şəffaf və demokratik şəkildə,ölkə başçısı İlham Əliyevin “Siyasi partiyalar haqqında” yeni Qanunu təstiqləməsini, bərabərhüquqlu inkişaf nümunəsi kimi göstərmək olar. “Siyasi partiyalar haqqında” yeni Qanun müasir dövrün bütün reallıqlarını, tələblərini özündə əks etdirir.

Azərbaycan xalqı yalnız 1992-ci ildə 91 nəfər Azərbaycan ziyalısının çağırışından sonra, noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qurupunun iştirakı ilə keçirilən təsis konfıransında yaradılan,Yeni Azərbaycan Partiyası qurulduqdan sonar, dövlət anlayışı bərpa edildi. Bu məsuliyyətli işin öhdəsindən gəlmək insanda müdriklikdən əlavə, xalqına qarşı böyük məhəbbət tələb edirdi. Məhz elə Azərbaycanı bütün sahələrdə inkişaf etdirən partiya Yeni Azrbaycan Partiyası olaraq özünü təstiqlədi. Partiyanın seçkilərdəki qələbəsindən sonar yaxın 30-il ərzində iqtisadi, elmi, ordu quruculuğu uğurla davam etdirildi. Bizləri müdrik siyasəti sayəsində gözəl və parlaq gələcəyə apardığına görə bir ömür Ulu Öndərə minnətdarıq. O, hər zaman qeyd edərdi milli mənafe, dövlət mənafeyi hər  şeydən üstündür.