Gədəbəydə növbəti səyyar qəbul keçirilmişdir

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Qaraməmmədli, Qızıltorpaq və Kəsəmən kənd sakinləri ilə növbəti səyyar qəbul keçirmişdir.

Sakinlərin sualları cavablandırılmış, onları narahat edən bəzi məsələlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıq verilmişdir.