8 Noyabr – Zəfər Günü “Xarıbülbül” flaşmobu

Gədəbəy Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Sektorunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə şanlı qələbəmizin rəmzi olan “Xarıbülbül” flaşmobu hazırlanmışdır. 450-dən çox məktəbli və gənclərimiz flaşmobda iştirak etmişdir.
Şanlı zəfərimiz qürur mənbəyimizdir!
Yaşasın Ali Baş Komandan!
Yaşasın müstəqil Azərbaycan!
Qarabağ Azərbaycandır!