Rayon İcra Hakimiyyətinin və Dini Quramlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Gədəbəy Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin iclas zalında rayonun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, Həyat bilgisi və tarix fənlərini tədris edən müəllimlərin, həmçinin psixoloqların iştirakı ilə “dinin siyasiləşdirilməsi: Milli təhlükəsizliyə və mənəvi dəyərlərimizə təhdid kimi” mövzusunda maarifləndirici tədbir keçirilmiş, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.