Soçidə keçirilən üçtərəfli görüş Ermənistan diplomatiyasının tam fiaskosu ilə başa çatdı. Ona görə ki, Paşinyan ümid etdiyi heç nəyə nail ola bilmədi, hətta humanitar blokda müzakirələr zamanı ən azı bir neçə hərbi cinayətkarı geri almağa belə. Ancaq ermənilər hesab edirdilər ki, Soçi görüşü postmüharibə dövrü diplomatiyasında dönüş nöqtəsi ola bilər. Neçəki 12-14- sentyabr təxribatı zamanı döyüş meydanında dönüş yarada biləcəklərinə inanmşdılar. Ancaq Soçi fiaskosu 12-14 sentyabr fiaskosunun diplomatik variantı kimi yadda qaldı. Məsələ ondadır ki, ermənilər Söçi görüşü öncəsi üç əsas təzyiq mexanizmi əldə etdiklərinə inanırdılar. Bunlardan biri Praqa görüşündən sonra Ermənistana Aİ- nin sülhməramlı missiya göndərməsi, ikincisi Ermənistanın KTMK-dan çıxması ilə bağlı açıq mövqenin ortaya qoyuması və məsələnin ictimai müzakirəsinin təşkili, üçüncüsü isə Xankəndində dırnaqarası uğurlu mitinq təşkil edə bilmələri idi. Paşinyan hesab edirdi ki, bütün bunlar Putinin mövqeyinə təsir etmək üçün kifayət qədər güclü şantaj vasitələridir. Putin Paşinyanın Qərbə daha çox meyl etməsinin qarşısını almaq, Ermənistanın KTMK-da qalması üçün cəlbedici şərtlər formalaşdırmaq üçün Paşinyana müəyyən güzəştlər edilməsi üçün Azərbaycana təzyiq edəcək. Xankəndində Rusiya və Ermənistanın birgə təşkil etdiyi mitinq isə bu mövqeyə ictimai dəstək kimi təqdim ediləcək. Belə olan halda bu dəfə Ermənistana zopa yox kökə düşəcək. Ancaq bunların heç biri olmadı. Ona görə ki, Azərbaycan Prezidenti əvvəlcədən məsələni birdəfəlik və konkret qoydu. Qarabağ problemi tarixə qpvuşub, o iki il bundan əvvəl həll edilib. Əslində bu Azərbaycanın ikinci nidası idi. Birinci nidadan sonra nələrin baş verdiyini ermənilər heç vaxt unutmayacaqlar. İkinci nidadan sonra isə yenə bənzər hadisələr bir qədər başqa formada ola bilər. Məsələn Azərbaycan Qarabağımızda müstəqilliyimizi və suverenliyimiz şübhə altına alan şüarlar səsləndirən mitinq iştirakçılarını hüquqi məsuliyyətə cəlb etmək üçün xüsusi əməliyyat keçirə bilər. Başqa ölkə yəni Ermənistan vətəndaşlarının kütləvi şəkildə sərhədlərimizi pozaraq Qarabağa gəlib konstitusiyon qruluşumuza qarşı aksiya təşkil etdiklərinə görə Laçın yolunda nəzarət keçid məntəqəsi qurmaqla bu yoldan yalnız Qarabağda yalnız Azərbaycan qanunları ilə yaşayan ermənilərin keçidinə icazə verə bilər. Nəticədə etibarilə axı bu yol humnitar yoldur və Azərbaycan vətəndaşlarının kommunikasiyası üçün nəzərdə tutulub. Üçüncü ölkələrin vətəndaşları isə Azərbaycana yalnız viza alaraq gələ bilərlər. Beləliklə ermənilər 2020-ci ildən sonra onlara verilənləri 2022-ci il 12-14 sentyabrdan sonra arzuladıqları kimi, indi təkilf olunan sülhü də qısa müddətdən sonra əl-əl gəzməli olarlar. Ona görə də Soçi görüşü fiaskosundan yaxşıca dərs çıxarmalı yeni reallığı qəbul etməlidirlər. Əks təqdirdə Azərbaycanın indi təklif etdiyi sülh şərtlərinin qısa bir müddət sonra arzu etsələr də tapa bilməzlər.