“Şuşa,sən azadsan!”

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyinin təşkilatçılığı ilə “Şuşa, sən Azadsan!” tədbirlər silsiləsi çərçivəsində Şuşa uğrunda döyüşmüş qazilər və Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib. Görüş zamanı, qazilər gənclərə müharibə vaxtı igid əsgərlərimizin qəhramanlıqlarından və torpaqları necə azad etmələrindən danışıblar. Sonda gənclərin sualları cavablandırılıb.Qazilərimizə və gənclərimizə təşəkkürümüzü bildiririk!