Çanaqci kənd tam orta məktəbinin sevincinə şərik olaq

Azərbaycanın ən gözəl guşələrindən biri Gədəbəy rayonudur.Gədəbəy rayonu özünün tarixi abidələri,uca dağları,saf suları,sıx ormanları,füsunkar gözəlliyi ilə digər rayonlardan fərqlənir.Gədəbəy rayonu gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət,xalqa,eline,obasına hörmət,soy kökünə,öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış,ona həyatı əhəmiyyətli məsələ kimi baxmışdır.Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq,qəhrəmanlıq məğlubedilməzlik hissi yaradır,apardığı mübarizə onda inam hissini gücləndirir,qələbəyə ruhlandırır.

Rayonumuzun qabaqcıl məktəblərindən biri Çanaqci kənd tam orta məktəbidir.Bu məktəbdə xüsusi nizam-intizam vardır.Nizam-intizam olan yerdə təlim-tərbiyə də yüksək olar.

Dəhlizdə şəhidlərimizin portretləri asılmış,onların qarşısında tər çiçəklər qoyulmuşdur.Bu şəhidlərimizə böyük hörmət,rəğbətlə yanaşmanı və şagirdlərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək deməkdir.

Çanaqci kənd tam orta məktəbi üzrə 9 nəfərin ali məktəbə qəbul olması pedaqoji kollektivin və məktəbin direktor əvəzi Kamil Hümbətovun əməyinin nəticəsidir.

Kamil müəllim bildirdi ki,artıq XXI əsrdə yaşayırıq.XXI əsr kompyuter əsridir.Dövlətimiz təhsilə böyük qayğı ilə yanaşır.Dərsliklərin pulsuz verilməsi,təhsil şöbəsinin məktəblə sıx əlaqə saxlamasını nəticəsi öz bəhrəsini göstərmişdir.Bu il bizim pedaqoji kollektivin sevincinin həddi-hüdudu yoxdur.

Kamil müəllim,məktəbdə səliqə-sahmandan hiss olunur ki,məktəbdə cari təmir aparılmışdır.

Bəli,məktəbimizin məzunları,iş adamları Tağıyev Rövşən,Heydərov Hidayət və iş icraçısı Mustafayev Etibarın maddi köməyi hesabına məktəbdə təmir işləri aparılmışdır.

Kamil müəllim bildirdi ki,təhsilə göstərilən qayğıya görə Dövlətimizə,Gədəbəy rayon icra başçısı Orxan Mürsəlova,təhsil şöbəsinin rəhbərinə və onun kollektivinə öz kollektivimiz adından dərin təşəkkürümü bildirirəm.

Biz də Kamil müəllimin sevincinə qoşularaq,Çanaqçi kənd tam orta məktəbin kollektivinə uğurlar arzulayırıq.