Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600 baldan yüksək nəticə əldə etmiş, həmçinin ən gənc tələbə adına layiq görülmüş rayonun orta məktəblərinin məzunları ilə görüş keçirmişdir.

Səmimi görüş zamanı cənab Prezident İlham Əliyevin ölkədə təhsilin keyfiyyətinin daha da artırılması istiqamətində gördüyü işlər və bu sahədə əldə olunmuş uğurlu nəticələr barədə söhbət aparılmış, gənclərimizin milli ruhda tərbiyə almasının vacibliyi xüsusi vurğulanmışdır.
RİH başçısı gəncləri Fəxri fərman və hədiyyələrlə təltif etmiş, sonda xatirə şəkili çəkilmişdir.
Əziz gənclərimiz, hər birinizə uğurlu həyat arzulayırıq.