Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 11 avqust tarixli Sərəncamına əsasən Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilmiş Mürsəlov Orxan Çingiz oğlu avqustun 12-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinə təqdim edilib.
Təqdimatdan sonra Orxan Mürsəlov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir.