Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyevin sakinlərlə səyyar görüşləri davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində araşdırırlır.
Növbəti görüş Çobankənd kəndinin sakinləri ilə keçirilib. Görüşdə RİH-nin əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
İştirakçılar əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Daha sonra Natiq Nağıyev vətəndaşların müraciətləri, istək və təkliflərini dinləyib, sakinlərlə kəndin ümumi problemlərini müzakirə edib.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.