Müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən, Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 32-ci ildönümü münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Yeni Azərbaycan Partiyası Gədəbəy Rayon Təşkilatının, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.
Daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin xatirə muzeyinə baxış keçirilib, xatirə şəkili çəkdirilib.