Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək məqsədilə “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında həyata keçirilən genişmiqyaslı aksiya zamanı 1 milyondan artıq ağacın əkilməsi nəzərdə tutulub. Ölkənin bütün bölgələrini əhatə edən aksiya çərçivəsində Gədəbəy rayonunda da 11 min ağac əkiləcək.