Gədəbəy Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Qazax-Tovuz iqtisadi rayonu üzrə Gədəbəy rayonunda Aqrar Biznes Festivalı keçirilib.
Festival çərçivəsində “Qazax-Tovuz iqtisadi rayonunun aqrar sektorunun gələcək inkişaf perspektivləri” mövzusunda panel müzakirə keçirilib, kənd təsərrüfatı məhsullarından, müxtəlif gübrə və pestisidlərdən, müasir texnika və aqreqatlardan, iqtisadi rayon üzrə fəaliyyət göstərən yerli şirkətlərin məhsullarından ibarət sərgi təşkil edilib, COP29 təşəbbüsünün prioritetlərinə uyğun olaraq su, torpaq resurslarından səmərəli istifadə, biomüxtəliflik mövzularında videoçarxlar nümayiş olunub.
İqtisadi rayonlar üzrə kənd təsərrüfatı məhsulları istehsalçılarının aqrar sahə üzrə yeniliklərlə əyani şəkildə tanış edilməsinə, texnoloji yeniliklərdən istifadə imkanlarının genişləndirilməsinə, bu sahə üzrə mütəxəssislərin əlçatanlılığına imkan yaradılıb.