Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Arabaçı və Fərzalı kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Arabaçı və Fərzalı kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib.
Sakinlərin qaldırdığı suallar yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.
RİH başçısı görüşdən sonra Vətən müharibəsi şəhidi Orxan Teymurlunun və antiterror əməliyyatı zamanı şəhid olmuş Elmət Süleymanovun xatirəsinə inşa olunmuş bulaq kompleksinin açılışında iştirak edib.