“Heydər Əliyev və Azərbaycanda insan hüquqları”

Demokratik-hüquqi dövlət, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsasların təkmilləşdirilməsi dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə hər il 18 may tarixindən 18 iyun tarixinədək Azərbaycanda “İnsan Hüquqları Aylığı” elan olunur və respublikanın hər yerində hüquqi maarifləndirmə sahəsində müxtəlif səpgili tədbirlər həyata keçirilir.

18 iyun-İnsan Hüquqları Günü münasibətilə Gədəbəy Rayon İcra Hakimiyyətinin,Ombudsman Qərb Regional Mərkəzinin və Gədəbəy Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda insan hüquqları”mövzusunda tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin,eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu və insan hüquqları ilə bağlı müdrik siyasi fəaliyyəti barədə çıxışlar edilmiş,iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.