Gədəbəy Rayon İcra Hakimiyyətinin və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, müvəkkil kredit təşkilatlarının nümayəndələrinin, eləcə də sahibkarların iştirakı ilə keçirilən tədbirdə dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri barədə ətraflı məlumat verilib, sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı təkliflər dinlənilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.