Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov müqəddəs Pasxa bayramı münasibətilə rayonda yaşayan pravoslav xiristian icmasının nümayəndələri ilə görüşüb, bu əziz gün münasibətilə icmanın bütün üzvlərini səmimi qəlbdən təbrik edib, hər birinə möhkəm cansağlığı və firavanlıq arzulayıb

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov müqəddəs Pasxa bayramı münasibətilə rayonda yaşayan pravoslav xiristian icmasının nümayəndələri ilə görüşüb, bu əziz gün münasibətilə icmanın bütün üzvlərini səmimi qəlbdən təbrik edib, hər birinə möhkəm cansağlığı və firavanlıq arzulayıb.
İcra Hakimiyyətinin başçısı ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı, multikulturalizmin ünvanı olan ölkəmizdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuş bütün etnik və dini azlıqlar kimi xristian icmasına da öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradıldığını qeyd edib