Çərşənbələrdə süfrələri hansı təamlar bəzəyir? Hər bölgənin özünün mətbəxinə uyğun olan yeməklər süfrələrə verilir. Bu yeməklərin içərisində plovumuz süfrələrin bəzəyidir. Bəzi bölgələrimizdə balıqlar qoyulur süfrəyə, balığın dişinə qızıl üzük keçirilir, bunun mənası odur ki, ili ruzili-bərəkətli, bolluqla keçirilməsi anlamındadır

Qədim dövrdən sacın altında bişirilən kömbə, əydək deyilən  şirniyyat növlərimiz var idi ki, günəşin rəmzi sayılırdı.

Əziz xalqımız, qoy Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” adlandırılan 2024-cü il dünyamız, xalqımız üçün yaşıl-yaşıl arzu və ümidlərin al-əlvan çiçəklər açdığı il olsun!