Təəssüflər olsun ki,işğal dövründə danışıqlar heç bir nəticə vermədi

ATƏT-in Minsk qrupu keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdu.

Qrumun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992 ci il 24 martda Helsinkdə keçirilmiş görüşündə başlayır.Beləki  həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunmuşdur.ATƏM-in Ermənistan -Azərbaycan münaqişəsinin sülh yolu iləhəll edilməsinə dair Minsk konfransının çağrılması haqqında qərar qəbul edilmişdir.

1994-cü il dekabrın  5-6 ATƏM -in Budapeştə keçirilən Zirvə toplantısında həmsədirlik institu  təsis  edildi.Mins prosesinin həmsədirlik institu təsis olunarkən ona əvvəlcə Filandiya ilə Rusiya daha sonra isə 1995-1996 cı-illərdə İsveç və Rusiya başçılıq etmişdir.

1 yanvar 1997 -ci ildən  etibarən həmsədirlər ABŞ Rusiya və Fransa başçılıq etmişdir.

28 il fəaliyyət göstərən Minsk qrupu heç bir iş görə bilmədi.Onun fəaliyyəti sıfıra bərabər idi. Ermənistan Azərbaycan münaqişəsi xalqımızın əzimi qəhrəman oğullarmızın çanı bahasına və eyni zamanda Ali Baş Komandanımızın apardığı uğurlu siyasət nəticəsində həll olundu.

Bəs  Azərbaycan həmsədirlərinin Fransa ABŞ və Rusiyanı təmsil edən Minsk qrupu ilə yenidən əməkdaşlıqda maraqlıdırmı Azərbaycan üçün Prezident İlham Əliyevin dediyinə görə Qarabağın statusu məsələsi mövcud deyil.Ermənistan siyasi rəhbərləri isə Dağlıq Qarabağın status məsələsində israr edəcəyini bildirir.

ABŞ Rusiya  və Fransanın Azərbaycandakı səfirləri Azərbaycan hakimiyyətinin iyulun 9-da xarici dövlət nümayəndələrinin Şuşaya səfəri dəvətindən imtina etmışdilər. ABŞ və Fransanın Azərbaycandakı səfirlikləri Şuşa səfərindən imtinanı şərh etməmişdilər.

Azərbaycan 44 günlük müharibədən öncədə və sonrada Minsk qrupunun fəaliyyətini tənqid edib.

Prezident İlham Əliyev ATƏT -in Minsk qrupunun həmsədirlərini və ATƏT-in fəaliyyətdə olan sədirinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən onlara demişdir ki Mins qrupu münaqişənin həllində heç bir roloynamayıb və Ermənistanı Azərbaycan ərazisindən çıxmağa vadaredə bilməyib.

8 aprel 2022-ci ildə Rusiya xarici işlər naziri Sergey Lavrov  Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Mins qrupunun artıq fəaliyyət göstərmədiyni bildirdi.