COP 29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir

Qlobal Bakı Forumuna yüksək nüfuzlu iştirakçıların qatılması və onları sağlam müzakirə işığına toplanması böyük rəğbət doğurur

Mövcud konfliktlərin çəkişməyə deyil, məhz qarşılıqlı müzakirə məcrasına yönəldilməsi, problemlərin üzə çıxarılaraq onlara birgə optimal həllərin tapılması, diqqətin bütün insanlığı narahat edən çağırışlara yönəldilməsi tarix boyu bəşəriyyətin formalaşdırdığı ən səmərəli, ümidverici təcrübələrdən olub.  Bakıda keçirilən tədbirlər dünyanın diqqətini özünə cəlb edir. XI Qlobal Bakı Forumu da çox mühüm əhəmiyyətli beynəlxalq tədbirlərdən biridir.  Bu baxımdan, Azərbaycanın dünyanın belə çağında bu cür qlobal təşəbbüsləri öz üzərinə götürməsi, Qlobal Bakı Forumuna yüksək nüfuzlu iştirakçıların qatılması və onları sağlam müzakirə işığına toplanması böyük rəğbət doğurur.

Azərbaycanda 2013-cü ildən keçirilməsinə başlanan Qlobal Bakı forumlarının bu dəfə on birincisi keçirilir. XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Problemlərin həlli istiqamətində dünyanın tanınmış şəxsləri, liderləri öz fikirlərini və münasibətlərini geniş şəkildə bildirirlər. Bu prosesdə Azərbaycan növbəti dəfə öz ciddi töhfəsini vermiş oldu. Forum Azərbaycanın dünyanı narahat edən problemlərə nə qədər həssas yanaşdığını, nə qədər diqqətlə yanaşdığını bir daha göstərir.

 

Qlobal  Bakı Forumunda müzakirə edilən məsələlərdən biri də iqlim dəşiklikləridir. Qlobal iqlim dəyişmələri bugünümüzün reallığıdır və onun ağır fəsadları artıq planetimizin çox yerində insanların həyatını təhdid edir. İqlim dəyişikliyi qida təhlükəsizliyini və əlçatan su tədarükünü təhlükə altına alır, iqtisadi itkilərə gətirib çıxarır. Onun eyni zamanda, insanların yer-yurdlarından olması hallarını artıracağı da düşünülür. O cümlədən iqlim dəyişiklikləri Azərbaycanda da fəsadlarsız keçmir. Ölkəmizin şirin su ehtiyatları azalmaqdadır. O cümlədən Xəzər dənizinin səviyyəsinin sürətlə azalması bizi və Xəzəryanı ölkləri yeni problemlərlə üzləşdirir. Bu baxımdan iqlim dəyişiklikləri ilə bağlı məsələ heç də davam edən müharibələrdən az aktual məsələ deyil.  Ölkəmiz qlobal iqlim dəyişikliklərə qarşı mübarizədə könüllü öhdəlik götürmüşdür. Belə ki, 2030-cu ilə qədər istehsal olunan elektrik enerjisinin 35%-ni, yəni 5 qiqavatı bərpa olunan enerji üzərinə keçirilməsi planlaşdırılmışdır. Bu ilin noyabrında Bakıda keçiriləcək COP 29 beynəlxalq konfransa da iqlim dəyikliklərinin müzakirəsinə dünyanın liderleri qoşulacaqdır. COP 29-un yüksək səviyyədə keçirilməsi iqlim dəyişikliklərinə qarşı mübarizədə həmrəyliyin əldə olunmasının nə qədər vacib olduğunu göstərir.
Qlobal Bakı Forumunda çoxsaylı regional və qlobal məsələlərin müzakirəsi, dünya düzəni ilə bağlı fikirlərin irəli sürülməsi bir daha ondan xəbər verir ki, Azərbaycan yeni düzən kontekstində qobal müzakirələrə töhvəsini verir.

Forumda müzakirə olunan mövzular dünya üçün çox əhəmiyyətli məsələlərdir. Ümumdünya Səhiyyə Təşkilatı COVİD infeksiyasının yeni növlərinə qarşı mübarizənin qlobal şəkildə aparılması üçün çağırışların edəcəyi gözləniləndir. COVİD -19 -un dünya üçün yaratdığı problemlərin yenidən təkrarlanmaması üçün vaxtında qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.