Azərbaycan və Türkiyə böyük birlikdir!Qırılmaz bağdır!

Biz tarixin demək olar ki, bütün dövrlərində qardaşlıq, birgə ittifaq şəraitində yaşamışıq və bu indi də davam edir. Azərbaycan və Türkiyə dövləti həmişə hər an bir-birinin yanındadır. Məhz buna görə bəzi ölkələr bizim qardaşlığımıza paxıllıq ilə yanaşır, qısqanclıqla yanaşırlar. Amma bir şeyi unudurlar ki, bu qardaşlıq əbədidir.

Bu qardaşlığın nişanələri hər sahədə- siyasətdə, iqtisadiyyatda, təhsildə və digər sahələrdə aydın şəkildə görmək mümkündür. Azərbaycan həmişə Türkiyənin, eyni zamanda da Türkiyə həmişə Azərbaycanın həm mənəvi, həm maddi cəhətdən yanında olmağı bacarıb. Heydər Əliyevin Naxçıvanda hakimiyyəti dövründə istər H. Əliyevin Azərbaycan Respublikasında hakimiyyətdə olduğu dövrdə Türkiyə Respublikasının etdiyi yardımları, mənəvi cəhətdən dəstəklərini dana bilmərik. Bu birgə siyasət, yardımsevərlik İlham Əliyevin dövründə də yüksələn xətlə davam edir.

Türkiyə Respublikasının Azərbaycana növbəti dəstəyi 44 günlük Zəfər döyüşümüzdə də aydın şəkildə bütün dünyaya çatdırıldı, istər mənəvi, istər maddi cəhətdən, istər siyasi səhnədə Türkiyə Respublikası əlindən gələn yardımı etdi. Müharibədən sonra Şuşa şəhərində imzalanmış “ Şuşa müqaviləsi” də bizim birgə dostluğumuzu bütün dünyada açıq şəkildə göstərdi. Doğrudur bu müqavilə bir çox ölkələri qıcıqlandırdı, siyasətçilərin müzakirəsinə səbəb oldu, amma hər kəs reallığı qəbul etməlidir. Bu müqavilədə Qarabağın birgə bərpası, birgə dirçəlişi, sülhün əbədiliyi üçün Türkiyə Respublikasında əlindən gələnləri etməsi, bundan sonra da yaxından iştirakı öz əksini tapmışdır.

Azərbaycanın Türkiyə Respublikasına daha bir dəstəyi qardaş ölkədə baş verən zəlzələ hadisələri zamanı hər bir vətəndaşının Türkiyə Respublikası üçün etdiyi mənəvi, maddi yardımları idi.

Türkiyə-Azərbaycan birliyi təkcə region üçün deyil, Avrasiya üçün də önəmlidir. Türk dünyasının birləşməsi ortaq mədəniyyətlərə malik xalqların birgə yaşaması Türk dövlətləri təşkilatının hər bir üzvünün gücünü gücləndirəcək.

2020-ci ildə Bakıda Vətən müharibəsindən sonra keçirilən Qələbə paradında Azərbaycan-Türkiyə hərbi qüvvələrinin birgə iştirakı, iki ölkə rəhbərinin Qələbə paradını birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və Türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir azərbaycanlını qürurlandırır, sevindirir. Zəfər paradı Azərbaycan-Türkiyə, bir millət, iki dövlət qardaşlığımızın göstəricisi oldu.

Azərbaycan və Türkiyə böyük  birlikdir! Qırılmaz bağdır!