Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rayonun aktiv gəncləri ilə görüş keçirmiş, onların təşəbbüsü ilə hazırlanmış rəsm sərgisinə baxış keçirmişdir.

Görüş zamanı RİH başçısı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin gənclər siyasətindən, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısından danışmış, rayonun ictimai həyatında xüsusilə fərqlənən gəncləri fəxri fərmanla təltif etmiş, sonda gənclərlə xatirə şəkili çəkdirmişdir.