Bugünkü Azərbaycan,sözün əsl mənasında,dünya miqyasında güclü ölkələr sırasındadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir çox məsələ, o cümlədən Qarabağa və Şərqi Zəngəzura keçmiş məcburi köçkünlərin qayıdışı və hazırda işğaldan azad olunmuş bütün ərazilərdə aparılan infrastruktur layihələri, yenidənqurma və bərpa işləri ilə bağlı fikirlərini bildirdi.

Azərbaycan vətəndaşlarının qayıdış hüquqları ilə bağlı cənab Prezidentin media vasitəsilə xaqla açıq və səmimi çağırış şəklində bölüşdüyü məlumatlar son dərəcə əhəmiyyət daşıyır.

Dövlət başçısının yerli televiziya kanallarına müsahibəsi, mediaya tam açıq olması xalq və dünya ilə media vasitəsilə dialoqun unikal formasıdır. Hələ Vətən müharibəsi zamanı da xalqla birbaşa dialoq aparan ölkə başçısı xalqa və beynəlxalq mediaya ünvanlanan bütün müraciətlərini maksimum çevik və şəffaf şəkildə tvitlər, yerli və beynəlxalq mediaya müsahibələrdən istifadə etməklə həyata keçirmişdi. Prezident İlham Əliyev açıq qeyd etdi ki, dövlət öz üzərinə düşən vəzifəni icra etməklə, keçmiş məcburi köçkünləri qaytaracağını təmin edəcək. Eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda ancaq o bölgədən çıxmış insanlar yox, Azərbaycanın istənilən yerindən insanlar yaşamaq imkanlara malik olacaqdır.

Prezidentin 2024-cü ildə daha 5 şəhərə (Şuşa, Xankəndi, Xocalı, Kəlbəcər, Cəbrayıl) keçmiş məcburi köçkünlər qayıdacağı müjdəsinin verməsi və azad olunmuş ərazilərdə keçmiş məcburi köçkünlərinin qayıdışını yüksək səviyyədə təmini üçün aparılan tikinti və bərpa işləri, infrastruktur layihələri barədə bir çox məlumatlarla bölüşməsi, Prezident və xalq arasında media vasitəsilə birbaşa şəffaflığının təmin olunması istiqamətində mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevn işğaldan azad olunan ərazliərdə həyata keçirilən işlər barədə təfsilatı ilə məlumatlar bölüşməsi, dövlət başçısının Sərəncamı ilə təsdiq etdiyi “Böyük Qayıdışa dair I Dövlət Proqramı və onun tərkib hissəsi olan Tədbirlər Planı mahiyyət etibarilə Azərbaycan Respublikası Prezidentinin ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirməklə bağlı sözlərinin əməli təzahürü, bunu reallaşdırmağın praktiki planıdır.