2023-cü il “Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq “Uşaq hüquqları aylığı” ilə əlaqdar Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev və Azərbaycanda uşaq hüquqları mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən natiqlər Ümummilli lider Heydər Əliyevin uşaq hüquqları ilə bağlı siyasəti, qəbul edilmiş qanunlar və uşaq hüquqları haqqında beynəlxalq konvensiyalar barədə ətraflı məlumatlar verilmişdir. Həmçinin uşaq və gənclərin dini radikalizmə, zərərli vərdişlərə aludəçiliyinin və erkən nikah hallarının qarşısının alınması istiqamətində profilaktik söhbətlər aparılmışdır.