Nüfuzlu tədbirlərin Şuşada keçirilməsiölkəmizin artan beynəlxalq statusundan xəbər verir

Azərbaycanın şanlı zəfərinin zirvəsi olan Şuşa artıq beynəlxalq tədbirlərin keçirildiyi, mühüm siyasi diskusiyaların aparıldığı mədəniyyət mərkəzinə çevrilmişdir. İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycanın tarixinin, mədəniyyətinin, eləcə də, şanlı zəfərininin və genişmiqyaslı bərpa-quruculuq işlərinin dünyada təbliğ olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə vurğulamalıyıq ki, Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi Azərbaycan mədəniyyətinin, tarixininin və şanlı zəfərinin təbliği istiqamətində olduqca mühüm hadisədir”.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Azərbaycan öz növbəsində hər zaman İƏT-in fəaliyyətinə böyük önəm vermişdir:

“Təşkilatın uğurlu fəaliyyəti, əlbəttə ki, bütün üzv ölkələrin marağındadır. Çünki üzv dövlətləri həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Dövlətimiz İƏT üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdir. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etmiş, bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritet istiqamətləri öz əksini tapmışdır.

Onu da qeyd edək ki, İƏT-ə üzv olan ölkələr Azərbaycanın haqq-ədalət mübarizəsinə adekvat münasibət bildirmiş, ölkəmizin mövqeyini dəstəkləyiblər. Beləki, təşkilata üzv dövlətlər keçmiş Dağlıq Qarabağ münaqişəsinə konkret münasibət bildirmiş, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistana tənqidi yanaşmış və ölkəmizin maraqlarını haqlı olaraq müdafiə etmişlər”.

Şuşa şəhərində baş tutan İƏT-in Nazirlər Şurasının 27-c iclası açıq və səmərəli müzakirələrin aparılması baxımından uğurlu beynəlxalq platformalardan biridir:

“Nazirlər Şurasının 27-ci iclası ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platformadır. Bu baxımdan deməliyik ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlərdə ölkələrin bir-birinin maraqlarına hörmət prinsipini rəhbər tutaraq, əməkdaşlığa açıq ölkədir. Dövlətimiz regional və beynəlxalq müstəvidə yürütdüyü siyasətdə hər zaman sülh və əməkdaşlıq prisiplərini üstün tutub. Xüsusilə deməliyik ki, Azərbaycan öz ərazi bütovlüyünü, suverenliyini və konstitusiya quruluşunu bərpa etdikdən sonra regionda sülh, əmin-amanlıq və əməkdaşlıq üçün yeni imkanlar yaranmışdır”.

Otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüquq və ədalətin təntənəsi baxımından tarixi hadisədir:

“Azərbaycanın öz ərzisində seperatizmə son qoyması formalaşan yeni dünya nizamında regionun inkişafı və yeni əməkdaşlıq imkanlarının yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır. Azərbaycanın əsas istəyi Cənubi Qafqazda sülhün bərqərar olmasıdır. Region dövlətlərinin bu məsələdə fəallıq nümayiş etdirməsi gələcək inkişaf, sülh və əmin-amanlığın təmin olunması üçün olduqca vacibdir”.