Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

1 Oktyabr – Azərbaycan Respublikasının Prokurorluğu işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 105-ci ildönümü münasibətilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Gədəbəy Rayon Prokurorluğunun əməkdaşları və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər.
RİH başçısı xidmətdə fərqlənən prokurorluq işçilərini Fəxri Fərmanla təltif etmiş, uğurlar arzulamışdır.