14 iyul 1969-cu il:Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün

14 iyul 2023-cü il tarixdə”Heydər Əliyev ili”çərçivəsində Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı”14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”mövzusunda dəyirmi masa keçirilmişdir.Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Natiq Nağıyev,Rayon İcra Hakimiyyətinin məsul şəxsləri,idarə,müəssisə və təşkilatlarının rəhbərləri,rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Ulu Öndər və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükuta yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Natiq Nağıyev bildirdi ki,1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var.Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub.Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub,respublika  inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb.Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa,torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə,qurub-yaratmaq amalı ilə yaşamış,hər zaman milli dəyərlərə bağlı olmuşdur.Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş,Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən,çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş,tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.