İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir

“Azərbaycanla İsrail arasında münasibətlər daha da inkişaf edəcək”.

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla geniş tərkibdə görüşdə bildirib ki, bu  səfərdən(İsrail Prezidentinin Səfəri)sonra müsbət dinamikanın şahidi olacağıq.

Dövlət başçısı deyib:”Çünki baxmayaraq biz ayrı-ayrı istiqamətlər-ticarət,enerji,təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük,mən tamamilə əminəm ki,böyük potensial mövcuddur.Əlbəttə ki,biz sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik.”

Göründüyü kimi,Prezident İsxak Hersoqun səfərini tarixi adlandırıb.Niyə məhz tarixi səfər?

Mayın 30-dan İsrail prezidenti İsxak  Hersoqun  Azərbaycana rəsmi səfəri başlayıb: “Səfər zamanı Azərbaycan Prezidenti İsrail prezidentini yüksək səviyyədə qarşılayaraq, görüşlər keçirib. Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, İsrail prezidentinin səfəri iki ölkə arasında dost münasibətin inkişafına stimul verəcək. Həmçinun orada qeyd edib ki, biz sizin səfərinizi tarixi səfər hesab edirik. Burda əsas məqam ondan ibarətdir ki, İsrail prezidenti çox az ölkələrə gedir. Onun işlərinin əksəriyyətini baş nazir aparır. Azərbaycana ilk dəfə səfər edən Hersoq İsrailin Azərbaycana səfər edən sayca  ikinci prezidentidir.  Bu səfər zamanı bir çox mesajlar verilib. Əsasən də Hersoq bildirib ki, yəhudilər və müsəlmanlar birlikdə sülhə doğru addımlasalar, birlikdə dünyanın xeyrinə çalışsalar, birlikdə möhtəşəm işlər görə bilərlər. Digər tərəfdən bu, strateji münasibətdir. Biz sülh istiqamətində bütün regiona öz təsirimizi göstəririk. Həmin söhbət zamanı Azərbaycan Prezidenti qeyd etdi ki, bu il  İsraildə Azərbaycan  səfirliyinin açılması əlaqələrin yüksək səviyyəyə qalxmasına səbəb olacaq. Eyni zamanda Azərbaycan prezidenti İsraillə Azərbaycan arasında olan yüksək dostluq münasibətlərini bildirərək, İsraillə aramızda təyyarə reyslərinin sayının cəmi 4 olduğunu bildirib və  əminlik ifadə edib  ki, tezliklə bu reyslərin  sayı artacaq.  Azərbaycanla İsrail arasında münasibətlər daha da inkişaf edəcək. Bir məsələni də qeyd etmək istəyirəm ki, İsraillə Azərbaycanın oxşar cəhətləri var. Azərbaycanın dövlət müstəqilliyi 1918-ci il, may ayının 28-i əldə edilib və biz bu il müstəqilliyimizin 105 illiyini qeyd etdik. İsrail isə bu il müstəqilliklərinin 75 ilini qeyd etdi. Əhalinin sayı da, demək olar ki, bərabərdir. Əraziləri isə bizdən 4 dəfəyə qədər azdır. İsrail çox inkişaf etmiş, qabaqcıl ölkələrdən biridir. Kiçik ərazisi olmasına baxmayaraq, özləri özlərini ərzaqla təmin edirlər. Orda çay təsərrufatı, sənaye, tibb sahəsi, elektrik avadanlıqları, almaz və silah sənayesi yüksək səviyyədə inkişaf edib. Eyni zamanda İsrail xaricə portağal, naringi və üzüm də satır. Dünyanın ən müasir silahları İsraildə hazırlanır, onlar bu silahları, avadanlıqları, təyyarələri xaricə, o cümlədən ABŞ, İngiltərə, Almaniya kimi qabaqcıl ölkələrə satırlar. İsrailə ildə milyonlarla turist də gedir. Orada təkcə yəhudilər yox, müsəlmanlar da yaşayır. İsraildə Aksa məscidi və digər maraqlı dini tikililər turistləri özünə cəlb edir. Dünən İsxak Hersoq müstəqilliklərinin 75 illik tədbirində çıxış edərkən bildirdi ki, Azərbaycan-İsrail münasibətləri dövlətlər və xalqlar üçün tərəfdaşlıq nümunəsi olmalıdır. Bu çox böyük sözdür. Bizim müttəfiqliyimiz bütün sahələri əhatə edən münasibətlərin inkişafında özünü göstərir. Mən əlaqələrimizdə elm, səhiyyə, turizm, təhsil sahələrində davamlı inkişaf gözləyirəm. Eyni zamanda Hersoq  Azərbaycanda olan yəhudilərin vəziyyəti ilə də maraqlanıb. Həmin tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri Corc Biq isə bildirib ki, bu səfər ölkələrimiz arasında olan inkişafda bir zirvədir. Bu o deməkdir ki, biz ən yüksək səviyyədə strateji əməkdaşlığı inkişaf etdirmişik. Bir şeyi də qeyd etmək istəyirəm ki, Hersoq onun yüksək səviyyədə qarşılanmasından çox məmnun olub. Cənab İlham Əliyevə müraciət edərək bildirib ki, sizi İsraildə səbrsizliklə gözləyirəm. Təsəvvür edin ki, yəhudi dövlətinin başçısı Azərbaycana heyranlıqla baxır, Azərbaycanı dəstəkləyir. Onu da qeyd edim ki, 44 günlük Vətən müharibəsində İsrail bizə dayaq oldu hər manada. Bizim orqanlarımızın əməkdaşlarının apardıqları əməliyyat nəticəsində İrəvanda Azərbaycan himni çalındı. Bütün bunlar bizim İsraillə yaxın münasibətlərimizin nəticəsində olub. Azərbaycan lideri İlham Əliyevin İsraillə apardığı gözəl diplomatik əlaqələr sayəsində Hersoq Azərbaycanı daim dəstəkləyəcəyini bildirib. Ona görə də, İlham Əliyev bu səfəri tarixi səfər adlandırıb. Azərbaycanı dəstəkləyən ölkələrdən birincisi Türkiyədirsə, ikincisi də İsraildir. Biz də bunu unutmuruq və daim onlara diqqətqayğı göstəririk”.